Əsas məzmuna keç

"Biz dinc yanaşı yaşaya bilərik, onları hakimiyyətdən uzaqlaşdırın"

"Biz dinc yanaşı yaşaya bilərik, onları hakimiyyətdən uzaqlaşdırın"

İran İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqton rəhbərliyinə qarşı sərt mesaj verdi. İsrail və ABŞ arasındakı hərbi gərginlikdə yeni dönəm başlayır.

en ru

SEPAH açıq məktubla vətəndaşlarına müraciət edərək ölkə hökumətini dəyişməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

"Biz yanaşı yaşaya bilərik. ABŞ-nin hazırkı vəziyyətinə görə məsuliyyət daşıyan pis niyyətli, yalançı və qəddar siyasətçiləri hakimiyyətdən uzaqlaşdırın. Ölkənin idarə olunmasını aldadıcı şəxslərə deyil, müdrik insanlara etibar edin. İnanın ki, siyasətçiləriniz dünyanın dəyişdiyini anlayırlar", - müraciətdə deyilir.

SEPAH həmçinin vurğulayıb ki, İran xalqına qarşı hər hansı düşmənçilik hiss etmir.

Korpusun açıqlamasına görə, "Amerikaya ölüm" şüarı ABŞ vətəndaşlarına deyil, ölkə elitasının törətdiyi iddia olunan əməllərə qarşı yönəlib.

Açıq məktub ABŞ və İran arasında davam edən münaqişədəki son vəziyyətə həsr olunub.

Məktubda qeyd olunan məlumatlara görə, fevralın 28-də ABŞ və İsrail İrana zərbələr endirməyə başlayıb. İran tərəfi isə buna cavab olaraq regiondakı ABŞ obyektlərinə zərbələr endirib. İyunun ortalarında Tehran və hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, daha sonra tərəflər arasında qarşılıqlı zərbələr yenidən başlayıb.

Hazırda ABŞ-İran münaqişəsi həll olunmamış olaraq qalır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…