Əsas məzmuna keç

Rumıniya Rusiya səfirini XİN-ə çağırdı

Rumıniya Rusiya səfirini XİN-ə çağırdı

Buxarest Vladimir Lipayevdən Qalatsda PUA qalıqlarının tapılmasına görə izahat tələb edib. Ukrayna müharibəsi fonunda hava məkanının pozulması gərginliyi artırır.

ru en

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi Qalats şəhərində pilotsuz uçuş aparatının () düşməsi ilə əlaqədar çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin XİN-nə istinadən məlumat yayıb.

Məlumata görə, PUA Ukraynanın mülki infrastrukturuna hücumlar zamanı istifadə edilib və Rumıniyanın hava məkanını pozub.

XİN baş verənləri hüququn əsas prinsiplərini pozan və əhalini təhlükə altına atan "məsuliyyətsiz və təxribatçı akt" adlandırıb.

" Federasiyası növbəti məsuliyyətsiz hərəkəti ilə Rumıniyanın hava məkanının suverenliyini pozub", - Nazirlikdən bildirilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyi hadisə yerində aparılan yoxlamadan sonra PUA-da partlayıcı qurğunun ola biləcəyinə dair şübhələrin yarandığını bildirib.

Qeyd edək ki, daha əvvəl Rumıniya ərazisinə daxil olan PUA-nın qalıqlarının Qalats şəhərində elektrik dirəyinə və yaşayış evinin bir hissəsinə ziyan vurduğu bildirilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…