ABŞ BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə mümkün danışıqlara hazırdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "NBC News" telekanalına bildirib.
O qeyd edib ki, hazırda konkret görüş planlaşdırılmayıb, lakin ABŞ belə bir imkana açıqdır, xüsusən də əgər bu, müsbət nəticəyə və əsas məqsədə - İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına nail olmağa gətirib çıxararsa.
"Və söhbət ondan gedir ki, İran heç bir halda nüvə silahına malik olmamalıdır. O, sadəcə olaraq buna sahib ola bilməz", - Rubio vurğulayıb.