Əsas məzmuna keç

Ronaldu "Əl-Nəsr"dən ayrılır

Ronaldu "Əl-Nəsr"dən ayrılır

Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı ulduzun gedişinə razılıq verib və artıq yeni transfer hədəflərini müəyyənləşdirib.

en ru

Səudiyyə Ərəbistanının "" klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə yollarını ayırmağa hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, komanda 41 yaşlı futbolçunun cari mövsümün sonunda komandadan ayrılmasına yaşıl işıq yandırıb.

Qeyd edilib ki, "Əl-Nəsr" rəhbərliyi Ronaldunun gedişindən sonra yaranacaq boşluğu dünya futbolunun digər tanınmış simaları ilə doldurmağı planlaşdırır.

Namizədlər arasında "Liverpul"un hücumçusu və "Manchester United"in yarımmüdafiəçisi Brunu Fernandeş yer alır.

Qeyd edək ki, son dövrlər Ronaldu ilə klub arasında gərginlik yaşanmaqdadır. Təcrübəli forvardın klubun siyasətindən narazı qaldığı və bu səbəbdən son iki matçda iştirakdan imtina etdiyi bildirilir.

Xatırladaq ki, ulduz futbolçu bir müddət əvvəl komandanın heyətində yer almayaraq boykot nümayiş etdirmişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…