Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rəsmi İrəvan Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib

1 dəq
Paylaş:
Rəsmi İrəvan Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib

İqtisadiyyat Nazirliyi bu gün Azərbaycandan neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin katibi Lilit “Armenpress”in sorğusuna cavab olaraq, məlumatı təsdiqləyib.

Bununla belə, o, başqa heç bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin bazar qiymətlərinə uyğun satılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax