Əsas məzmuna keç

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

İqtisadiyyat Nazirliyinin açıqladığı statistikaya görə, qeyri-neft sektorunda məhsul tədarükü kəskin yüksəlib. Görəsən, bu uğurun arxasında nə dayanır?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard dolları təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə avqustda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 13 % çox - 350,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 80,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 11,4 % artaraq 251,1 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin dəyəri 2,3 dəfə, pambıq ipliyin ixrac dəyəri 62,2 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 42,8 %, bitki-heyvan mənşəli piy-yağın ixrac dəyəri 30,2 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 20,5 %, pambıq lifinin ixrac dəyəri 17,8 %, meyvə-tərəvəzin ixrac dəyəri 13,7 %, çayın ixrac dəyəri isə 12,1 % artıb.

İl ərzində məhsulların ixrac dəyəri 19,2 % artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 22,1 % artaraq 255,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,9 % artaraq 987,8 milyon ABŞ dolları təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…