Əsas məzmuna keç

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Dünya bazarında xam neftin dəyəri kəskin bahalaşıb. Brent markalı enerji daşıyıcısının bahalaşması fonunda Azərbaycanın “Azeri Light” markası rekord vurub.

en ru

Dünya bazarında "Azeri Light" markalı neftinin 1 barelinin qiyməti 8,04 dolları və ya 6,42 % artaraq 133,23 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "" markalı neftin dekabr fyuçerslərinin qiyməti 135,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,83 ABŞ dolları və ya 6,83 % artaraq 122,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…