Əsas məzmuna keç

Azərbaycan qeyri-neft ixracını 13 % artırıb - Rəsmi statistika

Azərbaycan qeyri-neft ixracını 13 % artırıb - Rəsmi statistika

Ölkənin enerji sektorundan kənar xaricə satış həcmində ciddi yüksəliş qeydə alınıb. İqtisadiyyat Nazirliyinin açıqladığı son statistik rəqəmlər və detallar burada.

en ru

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 1,1 milyard dolları təşkil edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə şəkərin dəyəri 4 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,3 dəfə, bitki-heyvan mənşəli piylər və yağların ixrac dəyəri 71 %, pambıq lifinin ixrac dəyəri 49,9 %, meyvə-tərəvəzin ixrac dəyəri 22,1 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 32,2 %, çayın ixrac dəyəri isə 12,1 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 9,4 % artıb.

İl ərzində məhsulların ixrac dəyəri 28,3 % artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 31,6 % artaraq 119 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 29,1 % artaraq 417,3 milyon ABŞ dolları təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…