"TikTok" İsveçdə Qurana hücumları ilə tanınan İraq əsilli Salvan Momikanın monetizasiya (pul qazanmaq) funksiyasını deaktiv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, plarforma rəsmilərinin ölkənin dövlət agentliyinə verdiyi açıqlamada Momikanın "TikTok"da canlı yayımladığı Qurana hücum videolarının bir milyondan çox izləyici topladığını və yayımda 1 saat ərzində 100 ilə 300 dollar arasında qazandığını qeyd olunub.
Qeyd edək ki, Salvan Momika Qurana qarşı dəfələrlə təhqirəramiz ifadələr edib və yandırıb.