Qubadlı rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən sümük qalıqları aşkar edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, insan skeletinə oxşar sümük fraqmentlərinə rayonun Qundaqlı kəndi ərazisində rast gəlinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.