Əsas məzmuna keç

Ağdərədə itkin düşmüş ailəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb

Ağdərədə itkin düşmüş ailəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb

Tapılan fraqmentlərin Balay Qəribovun ailə üzvlərinə məxsus olduğu güman edilir. Sümük qalıqları ailənin yaşadığı evin həyətindəki axtarışlar zamanı tapılıb.

en ru

Ağdərə rayonunun Baş kəndi ərazisində insan sümükləri aşkar edilib. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tapılan qalıqların 1992-ci ildə itkin düşmüş Qəribov Balay oğlunun ailə üzvlərinə aid olması ehtimal olunur. fraqmentləri ailənin nəvəsi Bəxtiyar Əsgərovun apardığı axtarış tədbirləri nəticəsində, onların keçmiş yaşayış evinin həyətində aşkar edilib.

Xatırladaq ki, 1992-ci il martın 12-də Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən, aşağıdakı şəxslərin taleyi barədə məlumat kəsilib:

  • Qəribov Balay Ələsgər oğlu (1890-cı il təvəllüdlü)
  • İsmayılova Saray Eyvaz qızı (1890-cı il təvəllüdlü)
  • Ələsgərova Zabilə Balay qızı (1946-cı il təvəllüdlü)
  • Ələsgərova Ramilə Balay qızı (1954-cü il təvəllüdlü)
  • Xudaverdiyeva Nərgiz Aydın qızı (1972-ci il təvəllüdlü)

Aşkarlanan sümük fraqmentləri müvafiq qurumlar tərəfindən götürülərək ekspertizaya göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…