Əsas məzmuna keç

DİN sosial şəbəkə profillərini izləməklə bağlı paylaşımlar barədə əhaliyə çağırış edib

DİN sosial şəbəkə profillərini izləməklə bağlı paylaşımlar barədə əhaliyə çağırış edib

DİN sosial şəbəkə profillərini izləməklə bağlı paylaşımlar barədə əhaliyə çağırış edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat...

DİN profillərini izləməklə bağlı barədə əhaliyə çağırış edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətindən bildiirlib.

Bildirilib ki, sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək adı altında çoxsaylı paylaşımlara gəlinir:

"İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz!"

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…