Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Quba-Xınalıq yolunda uçqun təmizlənir

2 dəq
Paylaş:
Quba-Xınalıq yolunda uçqun təmizlənir

Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba, Qusar, Xaçmaz və Şabranda avtomobil yolları təmir ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu məsələ İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Qeyd edilib ki, AAYDA tərəfindən Quba–İspik– yolunun 30-cu km-də baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması, Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci kilometrliyində baş vermiş çökmə, qabarma və sürüşmənin nəticələrinin aradan qaldırılması, Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün yenilənməsi, diametri 300 və 500 mm-lik, ümumi uzunluğu 81 metr olan suötürücü boruların yenilənməsi və 20-ci km-də Söhüb kəndinin ərazisində körpünün giriş-çıxış hissələrinin bərpası, Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana 3 ədəd borunun çıxışlarının bərpası və 68-ci km-də yolun bərpası, Mollaoba–Qıraqlı yolunun 8-ci km-də yolun bərpası, Həzrə–Muçuq yolunun 4-cü km-də körpünün girişinin bərpası və s. işlər həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax