Əsas məzmuna keç

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyevin imzaladığı sənəd ərzaq bolluğu və keyfiyyətli məhsul təchizatı ilə bağlı nələri dəyişəcək? Yeni strategiyanın detalları məlum olub.

ru en

Respublikasında təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilib (əlavə olunur).

bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramında nəzərdə tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…