“Qarabağ” futbolçusu Renatu Sançeşi transfer etmək istədiyi barədə yayılan məlumatları təkzib edib. Klubun mətbuat xidmətindən bildirilib ki, bu xəbərlər həqiqəti əks etdirmir.
“Hər hansı rəsmi yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə klubun rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.
Yayılan iddialara görə, hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçi karyerasını bərpa etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı idi. Məlumatda “Qarabağ”ın futbolçuya illik 450 min avro təklif etdiyi və onun da klubda çıxış etməyə müsbət yanaşdığı bildirilirdi. Klub bu iddiaları təsdiqləməyib.
Renatu Sançeş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olub, həmin il “Golden Boy” mükafatını qazanıb. O, karyerası ərzində “Benfika”, “Bavariya”, “Lill”, PSJ, “Suonsi”, “Roma” və “Panatinaikos” klublarında çıxış edib. Tez-tez zədələnməsi futbolçunun karyerasının sabit davam etməsinə mane olub.