Əsas məzmuna keç

Parlamentdə təhlükəli mallarla bağlı qanun layihəsi qəbul edildi

Parlamentdə təhlükəli mallarla bağlı qanun layihəsi qəbul edildi

Milli Məclisdə qəbul edilən yeni qanun layihəsi zərərli məhsulların dövriyyəsinə nəzarəti gücləndirir. İstehlakçıların təhlükəsizliyi üçün hansı addımlar atılır?

en ru

Azərbaycanda təhlükəli mallara münasibətdə tətbiq biləcək tədbirlərin dairəsinin və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli tərəfindən müəyyənləşdirilməsini ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu haqda "Texniki tənzimləmə haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, adı çəkilən qanunun 15-ci maddəsinə yeni - 15.5-ci altmaddə əlavə edilir.

Dəyişiklik insanların həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək. Məqsəd təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısını almaqdır.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…