Əsas məzmuna keç

"Qarabağ" Almaniya klubuna məğlub olub

"Qarabağ" Almaniya klubuna məğlub olub

Avstriyada təlim-məşq toplanışında olan "" ilk yoxlama matçını keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qurbanovun rəhbərlik etdiyi komanda Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci Bundesliqa təmsilçisindən Yannis Heuer (23), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqlənib. Ağdam klubundan 70-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib qapısına yol tapıb. 44-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

"Köhlən atlar" günün ikinci görüşündə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…