Əsas məzmuna keç

“Qarabağ” 13-cü turun son oyununda “Sumqayıt”ı qəbul edəcək

“Qarabağ” 13-cü turun son oyununda “Sumqayıt”ı qəbul edəcək
— Foto: idman.biz

Azərbaycan Premyer Liqasının 13-cü turunun son matçı noyabrın 29-da “Azersun Arena”da keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.

en ru tr

Premyer Liqasının 13-cü turunun son oyununda noyabrın 29-da “Qarabağ” “”ı qəbul edəcək. Komandaların 56-cı dueli “Azersun Arena”da keçiriləcək.

Matçın baş hakimi Kamranbəy Rəhimov olacaq. VAR otağında Əliyar Ağayev və Akif Əmirəli çalışacaqlar. Kamran Bayramov və Orxan İbişov yan xətt hakimləri, Nazim Abdullayev isə dördüncü hakim olacaq. Görüşün hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Elçin Məmmədovdur.

Üz-üzə oyunların statistikası

Komandalar 2011-ci ildən bəri çempionatda 55 dəfə qarşılaşıblar. Bu oyunların 42-də “” qalib gəlib, səkkizində uduzub, beş görüş heç-heçə başa çatıb. Qarşılaşmalarda vurulan 164 qolun 135-i Ağdam təmsilçisinin hesabına yazılıb.

“Qarabağ” son üç oyunda “Sumqayıt”a qalib gəlib. Bununla belə, Ağdam klubu 2025-ci il avqustun 22-də rəqibini qəbul etdiyi son matçda 0:1 hesabı ilə məğlub olub.

Komandalar cari mövsümdə avqustun 31-də Sumqayıtda üz-üzə gəliblər. Həmin görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…