Əsas məzmuna keç

Nəbi İsgəndərov Dünya Kubokunun 1/4 finalında çexiyalı boksçu ilə döyüşəcək

Nəbi İsgəndərov Dünya Kubokunun 1/4 finalında çexiyalı boksçu ilə döyüşəcək
— Foto: idman.biz

Azərbaycan boks millisinin üzvü Nəbi İsgəndərov Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində bu gün rinqə çıxacaq. Onun rəqibi Çexiya təmsilçisi Kelvin Sokessa olacaq.

en ru tr

Azərbaycanın boks millisinin üzvü Nəbi İsgəndərov bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində mübarizəyə qoşulacaq.

70 kq çəki dərəcəsində çıxış edən boksçu dörddəbir finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə qarşılaşacaq. “World Boxing”in açıqladığı proqrama əsasən, görüşün daxil olduğu sessiya vaxtı ilə saat 15:00-da başlayacaq. İsgəndərovun döyüşü proqramda 38-ci nömrə ilə göstərilib.

Azərbaycanlı boksçu rəqibinə qalib gəlsə, yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

millisinin digər üzvü Məhəmməd Abdullayev (+90 kq) turnirdə ilk görüşünü qələbə ilə başa vurub. O, dörddəbir finalda polşalı Yakub Domuranı 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Daşkənddə keçirilən yarış “World Boxing”in 2026-cı il üçün nəzərdə tutduğu üçmərhələli Dünya Kuboku seriyasının son turniridir. Hər çəki dərəcəsində səkkiz boksçu mübarizə aparır. Azərbaycan millisinin üzvləri yarışa hazırlıq məqsədilə Özbəkistanda 12 günlük beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Noyabrın 28-də başlayan Dünya Kubokunun final mərhələsi dekabrın 3-də başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…