Fransa Liqasının 12-ci turunda PSJ “Loryan”ı 2:0 hesabı ilə məğlub edib. Matçda hesabı 32-ci dəqiqədə Məyulu açıb, Usman Dembele 67-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
Paris klubu sentyabrın 4-dən bəri məğlub olmur. Həmin gün PSJ Fransa çempionatının 3-cü turunda “Monako”ya 1:2 hesabı ilə uduzub. O vaxtdan komanda 13 qələbə qazanıb, bir dəfə heç-heçə edib.
Bu müddətdə PSJ-nin qələbə qazana bilmədiyi yeganə oyun Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Roma” ilə qarşılaşma olub. Görüş 2:2 hesabı ilə başa çatıb.
Qələbədən sonra PSJ Fransa Liqasının turnir cədvəlinə liderlik edir.