“Real Madrid” İspaniya çempionatının 14-cü turunda doğma meydanda “Alaves”ə 1:2 hesabı ilə uduzub. “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə qonaqlar 22-ci dəqiqədə Martinesin qolu ilə hesabı açıblar.
Peres 61-ci dəqiqədə fərqi artırıb. Kilian Mbappe 69-cu dəqiqədə “Real Madrid”in yeganə qolunu vurub. Cud Bellinqem 88-ci dəqiqədə meydandan qovulub. “Alaves”də qırmızı vərəqə alan olmayıb.
Beləliklə, “Real Madrid”in La Liqada altı matçlıq qələbə seriyası başa çatıb. Madrid təmsilçisi həmin müddətdə “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı 2:1, “Rasinq”i 3:0, “Valensiya”nı 3:0 və “Selta”nı 2:1 hesabı ilə məğlub etmişdi.
14 oyundan sonra “Real Madrid” 33 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. “Alaves” 19 xalla səkkizinci yerdə qərarlaşıb.
“Real Madrid” dekabrın 2-də səfərdə “Real Sosyedad”la, “Alaves” isə dekabrın 4-də evdə “Espanyol”la qarşılaşacaq.