Əsas məzmuna keç

“Şamaxı” “Qəbələ” ilə oyunda qələbəsiz seriyaya son qoymağa çalışacaq

“Şamaxı” “Qəbələ” ilə oyunda qələbəsiz seriyaya son qoymağa çalışacaq
— Foto: idman.biz

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Şamaxılılar rəqiblə son beş ev oyununda qalib gələ bilməyib.

en ru tr

Premyer Liqasının 13-cü turunda “Şamaxı” noyabrın 29-da şəhər stadionunda “” ilə qarşılaşacaq. Oyun saat 14:30-da başlayacaq.

Matçın baş hakimi Rəşad Əhmədov olacaq. Ona Eyyub İbrahimov və Müslüm kömək edəcəklər. Dördüncü hakim Ruslan Quliyev, VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Kərim Zeynalov olacaq. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Asif Əliyevdir.

Komandalar ölkə çempionatında indiyədək 63 dəfə üz-üzə gəlib. “Şamaxı” 20, “Qəbələ” 21 qələbə qazanıb, 22 görüş heç-heçə başa çatıb. Top fərqi şamaxılıların xeyrinədir: 76:71. “Qəbələ” rəqibi ilə son üç oyunda xal əldə edib, “Şamaxı” isə son beş ev qarşılaşmasında qələbə qazana bilməyib.

Komandaların ilk görüşü 2006-cı il avqustun 5-də “Gilan” və “İnter” adları altında keçirilib və qolsuz heç-heçə ilə bitib. Cari mövsümün ilk dövrəsində, avqustun 29-da Qəbələdə baş tutan oyun da qolsuz heç-heçə ilə yekunlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…