Əsas məzmuna keç

Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Qara dənizdəki insident nəticəsində həlak olan soydaşlarımızın şəxsiyyəti məlum olub. Rusiya və Ukrayna arasında gərginlik fonunda baş verən hücumun təfərrüatı.

ru en

Qara dənizdə heyətində vətəndaşlarının da "TEDY" adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər:

"Hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür".

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…