Əsas məzmuna keç

Ukraynanın dron zərbəsi nəticəsində Rusiyada Azərbaycan əsilli şəxs öldü

Ukraynanın dron zərbəsi nəticəsində Rusiyada Azərbaycan əsilli şəxs öldü

onun qohumları hadisənin təfərrüatlarını “AzTV”-yə danışıblar.Hadisə necə baş verib?Qohumlarının sözlərinə görə, Hüseyn Musəliyev Rusiyada işləyib və...

en ru

Ukraynanın Rusiyanın ərazisinə endirdiyi zərbəsi nəticəsində əsilli şəxs həyatını itirib. Hadisə Rusiyanın vilayətində baş verib.

Həlak olan şəxsin Ucar rayonunun Bayat kənd sakini olduğu bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun qohumları hadisənin təfərrüatlarını “AzTV”-yə danışıblar.

Hadisə necə baş verib?

Qohumlarının sözlərinə görə, Hüseyn Musəliyev Rusiyada işləyib və Moskva istiqamətində yükdaşıma və ticarət fəaliyyəti ilə məşğul olub.

Onlar bildiriblər ki, Hüseyn sonuncu dəfə ötən ilin yanvarında Azərbaycana gəlib. Həmin səfər zamanı Bakıda ev alıb, daha sonra doğulduğu kəndə gedərək yaxınları və dostları ilə görüşüb.

Qohumlarından biri onun həmin günləri böyük sevinclə keçirdiyini deyib:

“Bakıdan evi aldı, gəldi burda bir dənə qoyundan, keçidən nəsə aldı, kəsdi, kabab elədi. Dostunu, tanışını, qohum-əqrəbasını yığdı başına, sevinə-sevinə”.

Yaxınlarının sözlərinə görə, Hüseyn daha sonra Rusiyaya qayıdıb və ailəsi, qohumları ilə telefon əlaqəsini davam etdirib.

Dron zərbəsi zamanı yaralanıb

Qohumlarının bildirdiyinə görə, hadisə zamanı Hüseyn avtomobildə olub. Onların sözlərinə əsasən, avtomobilə dron zərbəsi nəticəsində qəlpə dəyib və Hüseyn ağır yaralanıb.

Yaxınlarından biri bildirib ki, Hüseyn xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə salınıb.

“Xəstəxanaya yerləşdiriləndə vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə düşmüşdü. Bir gün, iki gün, üç gün xəstəxanada qaldıqdan sonra ağır qan itirdiyinə görə vəziyyəti normal olmadığına görə həkimlər xəbər etmişdi ki, ömrünə az qalıb”.

Qohumlarının sözlərinə görə, Hüseynin yaxınları xəstəxanaya gedərək onunla görüşüblər. Bundan sonra onun vəfat etdiyi barədə ailəsinə məlumat verilib.

“Üç gündür nə gecəmiz var, nə gündüzümüz”

Hüseyn Musəliyevi tanıyanlar onun doğulduğu kəndə və kənd sakinlərinə daim kömək etdiyini bildirirlər.

Qohumlarından biri onun xeyirxah insan olduğunu deyərək kənddə görülən bir sıra işlərə dəstək verdiyini söyləyib.

“Buradan mövsümə gedib işləyən adamlara əl tuturdu, yaxşılıq edirdi. Kəndimizin arxını qazdırırdı, su arxı, nə lazım idisə. Qəbiristanlığımıza daş tökdürürdü. Yollarımıza çınqıl tökdürürdü ki, camaat yaxşı, rahat dolansın”.

Yaxınları bildiriblər ki, Hüseynin ölümü kənd sakinlərini və ailəsini sarsıdıb.

Onun iki azyaşlı övladının olduğu da qeyd edilir.

Nəşi Azərbaycana gətiriləcək

Qohumlarının verdiyi məlumata görə, Hüseyn Musəliyevin nəşinin Azərbaycana gətirilməsi gözlənilir.

Yaxınlarının sözlərinə görə, onun sentyabrın 25-də Azərbaycana gətirilməsi, sentyabrın 26-da isə dəfn olunması planlaşdırılır.

Qohumlarından biri Hüseynlə sonuncu dəfə təxminən iki ay əvvəl telefonla danışdığını bildirib. Həmin vaxt onun Azərbaycana yenidən gəlməyi planlaşdırdığı deyilib.

“Dedi, Allah qoysa gələcəyəm yenə də. Payızda gələcəyəm dedi. İndi bu, qismət olmadı, nəşi gəlir”.

Hadisənin baş verdiyi Bryansk vilayətində həmin vaxt dron hücumu ilə bağlı digər məlumatların olub-olmaması və zərbənin konkret hansı şəraitdə baş verməsi barədə əlavə rəsmi məlumat təqdim edilməyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…