Əsas məzmuna keç

Hüseyn Həsənov üçün 6 il həbs tələb edildi

Hüseyn Həsənov üçün 6 il həbs tələb edildi

Rusiya prokurorluğu BƏƏ-də gizlənən azərbaycanlı bloqer üçün ağır cəza istədi. 155 milyon rubl cərimə və qiyabi məhkəmə prosesinin detalları açıqlandı.

ru en

Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı üçün 6 il azadlıqdan məhrumetmə və 155 milyon rubl (təxminən 3.3 milyon AZN) cərimə cəzası istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs axtarışda olduğu və xaricdə gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir. İşin materiallarına görə, 2019-2021-ci illər ərzində H. Həsənov büdcəyə 175 milyon rubl (təxminən 3.8 milyon AZN) vergi ödəməyib və bu vəsaitin bir hissəsini daşınmaz əmlaka yatıraraq leqallaşdırıb. Borcunu sonradan ödədiyi üçün vergidən yayınma ittihamı üzərindən götürülüb.

Hazırda BƏƏ-də yaşadığı ehtimal edilən bloqer çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov dövlətə ümumilikdə 300 milyon rubla yaxın ödəniş edərək borcunu tam bağlayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…