Əsas məzmuna keç

Almaniyadan beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirilib

Almaniyadan beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da...

en ru

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, Elmir Elxan oğlu 2021-ci ildə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib.

O, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ( Respublikasının Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunub və edilib.

Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyadan gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…