Əsas məzmuna keç

Qanunsuz ovlanmış nərə balıqlarının satışının qarşısı alınıb

Qanunsuz ovlanmış nərə balıqlarının satışının qarşısı alınıb

Su polisi qanunsuz olaraq ovlanmış balıqlarının satışını təşkil edən şəxsi müəyyən edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, DİN-in Su Nəqliyyatında İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının ilə birgə keçirdikləri tədbirlərlə Sabunçu rayonu ərazisində qanunsuz olaraq ovlanan balıqların satışını təşkil edən R. müəyyən edilərək saxlanılıb.

Həmin şəxsdən 130 ədəd qanunsuz ovlanan nərə, bölgə və digər cinsdən olan balıqlar aşkar olunub. R.Əliyev barəsində prossesual qanunvericiliyə uyğun tədbir görülüb.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…