Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək ehtimalını qəti şəkildə rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Zelenski bunun əvəzinə Putini Kiyevə dəvət edib:
"Əlbəttə ki, mənim Moskvada Putinlə görüşməyim mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə ki, əgər o, bunu etmək qərarına gələrsə, mən onu açıq şəkildə dəvət edəcəyəm".
O, Ukraynanın müharibəyə real son qoymaq üçün konstruktiv bir razılığa gəlmək istədiyini vurğulayıb. Zelenski Ukraynanın müharibəni bitirməkdə ciddi olduğunu bir daha vurğulayıb.
"Buna görə də, dövlət başçısı səviyyəsində istənilən real görüş formatı mənim üçün məqbuldur. Lakin Moskva və Belarusda belə bir görüşün keçirilməsi sadəcə mümkün deyil və bunun səbəbi tamamilə aydındır. Çünki onlardan biri təcavüzkardır, bizə qarşı müharibəyə başlayıb və bizi öldürür, digər ölkə isə bu hərəkətlərdə onun tərəfdaşıdır”, - Zelenski qeyd edib.