Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Zelenskinin kreditlə bağlı tələbini rədd etdi

2 dəq
Paylaş:
Avropa İttifaqı Zelenskinin kreditlə bağlı tələbini rədd etdi

Avropa İttifaqı Ukraynanın ciddi maliyyə ehtiyaclarına , 90 milyard avroluq kredit vəsaitlərinin ayrılması prosesini sürətləndirmək niyyətində deyil.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Avropa Komissiyasının xidmətinin rəhbəri Paula Pinyu brifinq zamanı qurumun Ukraynanın mövcud çətinliklərini və təcili maliyyə ehtiyaclarını başa düşdüyünü bildirib.

Pinyunun sözlərinə görə, hazırda əsas diqqət əvvəlcədən təsdiqlənmiş maliyyələşdirmə planının icrasına yönəldilib. O qeyd edib ki, kifayət qədər iddialı olan bu plan çərçivəsində kredit vəsaitləri ilkin razılaşmaya uyğun olaraq iki il ərzində mərhələli şəkildə ayrılacaq.

Daha əvvəl Prezidenti Avropa İttifaqına müraciət edərək 2027-ci il üçün nəzərdə tutulan kredit vəsaitlərinin 10 milyard dollarının vaxtından əvvəl ayrılmasını istəyib.

Zelenski “Ukrayna – Şimali Avropa və Baltikyanı ölkələr” sammitində çıxışı zamanı tərəfdaş ölkələri maliyyə dəstəyinin göstərilməsi prosesini sürətləndirməyə çağırıb.

Xatırladaq ki, rəsmi Kiyev müharibənin yaratdığı iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə tərəfdaşlardan maliyyə yardımının artırılması və sürətləndirilməsi istiqamətində davamlı çağırışlar edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə