UFC döyüşçüsü Andrey Pulyayev Roman Kopılovun növbəti döyüşü barədə fikirlərini bölüşüb. Kopılov oktyabrın 4-də Solt-Leyk-Sitidə keçiriləcək turnirdə Ateba Qotye ilə qarşılaşacaq. Həmin axşam Pulyayev də Dəmyen Pinasla döyüşəcək.
Pulyayev daha əvvəl Qotye ilə üz-üzə gəlib və hakimlərin qərarı ilə məğlub olub. O, Kopılovun qələbə qazanmasını istədiyini və ona inandığını bildirib.
“Kopılovun Qotyenin başını göylərdən yerə endirməsini istəyirəm. Onu irəli aparırlar, münasib rəqiblər verirlər. İstəyirəm, Qotye Kopılova ilişsin. Romanın qalib gəlməsini həmyerlim, sibirli kimi çox istəyirəm”, – Pulyayev deyib.
Pulyayevin fikrincə, döyüşün ilk raundu Kopılov üçün çətin keçə bilər. O, rusiyalı döyüşçünün ilk raundu uğurla başa vuracağı təqdirdə, sonrakı raundlarda çətinlik yaşamayacağını düşünür.
“İlk raund Roman üçün ağır olacaq. Əgər qaçıb zərbələrdən yayına bilsə, ikinci və üçüncü raundlar mənim döyüşümdəkindən də yaxşı keçəcək. Roman məndən daha təcrübəlidir. Düşünürəm ki, ilk raunddan sonra problem yaşamayacaq”, – Pulyayev əlavə edib.