İspaniya millisinin baş məşqçisi Luis de la Fuente hücumçu Lamin Yamalın inkişafını dəyərləndirib. İspaniya yığması oktyabrın 3-də Çexiya ilə qarşılaşacaq.
De la Fuente bildirib ki, sabahkı oyun üçün ən uyğun heyət meydana çıxarılacaq. Məşqçi Yamalın start heyətində olub-olmayacağı ilə bağlı qərarın həmin gün axşam veriləcəyini deyib.
“Lamini nəzərə alırıq, amma yekun qərarı bu axşam qəbul edəcəyik. Əgər o, ilk dəqiqələrdən meydana çıxsa, deməli, oyuna ən böyük təsiri məhz belə göstərə biləcəyini düşünürük”, – de la Fuente bildirib.
Baş məşqçi gənc futbolçunun gündən-günə daha yetkin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Yamala baxmaq xoşdur və futbolçunun istənilən təklifi qəbul etməyə hazır olduğu görünür. De la Fuente bunu yaxşı xəbər adlandırıb. Onun fikirlərini “Marca” yayıb.