Əsas məzmuna keç

PSJ İngiltərə Premyer Liqasının ulduzunu heyətinə qatmaq istəyir

PSJ İngiltərə Premyer Liqasının ulduzunu heyətinə qatmaq istəyir

Paris təmsilçisi "Bornmut"un gənc hücumçusu Eli Junior Krupini transfer etməyi hədəfləyib.

en ru

Fransanın klubu heyətini gücləndirmək üçün İngiltərə Premyer Liqasında çıxış edən gənc hücumçu Eli Krupi ilə maraqlanır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “PSG Report” məlumat yayıb.

Məlumata görə, təmsilçisi 20 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlamağa hazırdır. Lakin PSJ rəhbərliyi ""un tələb etdiyi 100 milyon avroluq transfer məbləğinin 80-85 milyon avroya endirilməsini istəyir.

Qeyd olunub ki, PSJ-nin Luis Enrike gənc forvardın potensialını yüksək qiymətləndirir və onu komandanın gələcək planlarında əsas namizədlərdən biri hesab edir.

Bildirilib ki, Eli Junior Krupiyə maraq göstərən klublar arasında "Tottenhem", "Arsenal", "Çelsi" və "Barselona" da yer alır. Gənc hücumçu ötən mövsüm "Bornmut"un heyətində 33 oyuna çıxaraq 13 qol vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…