Əsas məzmuna keç

PSJ "Arsenal"ın ulduz futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

PSJ "Arsenal"ın ulduz futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

Fransa klubu "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Sakanı heyətinə qatmaq üçün ciddi addımlar atır.

en ru

Londonun "" klubunun hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka karyerasını dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Goals Zone" nəşrinə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü ilə Fransa çempionu yaxından maraqlanır.

Fransa nəhəngi heyətini gücləndirmək məqsədilə Sakanın transferi üçün ciddi büdcə ayırıb. İddialara görə, Paris klubu bu keçid üçün "Arsenal"a 150 milyon təklif etməyə hazırlaşır.

PSJ rəhbərliyi gənc ulduzu komandaya cəlb etməklə hücum xəttindəki potensialı daha da artırmağı hədəfləyir.

Bukayo Saka ötən mövsüm "Arsenal"ın heyətində ümumilikdə 49 qarşılaşmada meydana çıxıb. İngilis futbolçu bu oyunlarda 11 qol vurmaqla yanaşı, 9 məhsuldar ötürmə ilə də yadda qalıb. Qeyd edək ki, tərəflər arasında imzalanmış hazırkı müqavilənin müddəti 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…