Əsas məzmuna keç

Prezidentin kanalı oğurlandı, erotik paylaşımlar etdilər

Prezidentin kanalı oğurlandı, erotik paylaşımlar etdilər

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin rəsmi teleqram kanalı oğrulanıb. Bu barədə “Ostorojnо, novosti” nəşri məlumat yayıb. Nəşr...

en ru

Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin rəsmi teleqram kanalı oğrulanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ostorojnо, novosti” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Belarus liderinin mətbuat xidmətinin rəsmi resursu olan “Pul Pervogo” kanalının keçidinə daxil olarkən istifadəçilərin qarşısına erotik xarakterli materiallar çıxıb. Kanalın köhnə yazılarına daxil olmaq cəhdi zamanı isə messencer xəta verib və kanalın özəl rejiminə keçməsi barədə xəbərdarlıq göstərib.

Qeyd edək ki, “Pul Pervogo” “Telegram” kanalının 250 mindən çox abunəçisi var. Kanalın hansı səbəbdən olması və erotik məzmunun yayılması barədə rəsmi səbəb hələ ki bəlli deyil.

Məlumat üçün bildirək ki, hazırda kanal açıqdır və sözügedən paylaşımlar silinib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…