Əsas məzmuna keç

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

Dövlət başçısı mənzil və torpaq sahələrinin qeydiyyatı qaydalarında dəyişiklik etdi. Yeni sənəd vətəndaşlar üçün hansı üstünlükləri və güzəştləri gətirir?

en ru

“ əmlakın dövlət kadastrının aparılması qaydaları”ı təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham Əliyev imzalayıb.

Fərmana əsasən, Qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və daşınmaz əmlakın dövlət kadastrı sahəsində yaranan münasibətləri tənzimləyir.

Daşınmaz əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir.

Dövlət kadastrı Respublikasının mülkiyyətidir. Onu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə aparır.

Daşınmaz əmlaka dair sahəvi kadastrlarda saxlanılan məlumatlar İnformasiya Sistemi vasitəsilə dövlət kadastrına inteqrasiya edilir.

Dövlət kadastrı Qanunun 4-cü maddəsində təsbit edilmiş prinsiplər əsasında tərtib edilir və aparılır.

Qaydalarda istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…