Operativ Məlumat Mərkəzi

Prezident bu əsasnaməni təsdiqlədi - FƏRMAN

2 dəq
Paylaş:
Prezident bu əsasnaməni təsdiqlədi - FƏRMAN

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiqi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Elektron Rəqabət İnformasiya Sisteminin aparılması, fəaliyyətinin təşkili və etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax