Əsas məzmuna keç

Prezident: "Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil"

Prezident: "Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil"

"Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil. Bu, beynəlxalq hüququn fundamental...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil. Bu, beynəlxalq hüququn fundamental prinsipləridir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

"Bilirsiniz, biz Çinin ərazi bütövlüyünü, Vahid və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir. Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil. Bu, beynəlxalq hüququn fundamental prinsipləridir. Buna görə, Vahid Çin siyasəti ilə bağlı mövqeyimiz tam aydındır və ümid edirəm ki, bəzi Qərb hökumətləri də bu mövqeyə uyğun davranacaqlar", - qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…