Əsas məzmuna keç

Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi

Dövlət başçısı İlham Əliyev xarici ölkə rəhbərinə ünvanladığı məktubda əməkdaşlığın inkişafı ilə bağlı xoş arzularını çatdırıb. Təbrikdə nələr qeyd olunub?

en ru

İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab ,

17 Avqust - İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…