Əsas məzmuna keç

İlham Əliyev: Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İlham Əliyev: Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Prezident Pekinlə strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. İki ölkə arasında siyasi dialoq və qarşılıqlı etimadın yeni mərhələsi nələri vəd edir?

en ru

Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edib.

"Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir", - bildirib.

İlham Əliyev vurğulayıb ki, son dövrdə ikitərəfli əlaqələrin salnaməsi mühüm hadisələrlə zəngin olub, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, , kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlıq dinamik inkişaf edərək yeni mahiyyət kəsb edibh:

"Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişidir. Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi "Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…