Əsas məzmuna keç

Si Cinpin İlham Əliyevi təbrik etdi

Si Cinpin İlham Əliyevi təbrik etdi

Çin lideri Novruz münasibətilə dövlət başçısına məktub ünvanlayıb. Pekin və Bakı arasındakı strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Detallar xəbərdə.

en ru

Xalq Respublikasının Sədri Si Cinpindən İlham Əliyevə təbrik məktub gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab .

Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 41 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 42 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 61 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…