Əsas məzmuna keç

Prezident: Bu terror aktı böyük nankorluq nümunəsidir, biz onlara xəbər göndərdik, başsağlığı verdik

Prezident: Bu terror aktı böyük nankorluq nümunəsidir, biz onlara xəbər göndərdik, başsağlığı verdik

İlham Əliyev Təhlükəsizlik Şurasında İrana sərt xəbərdarlıq etdi: "Dəmir yumruq" xatırlatması, XİN-in etiraz notası və sərhəd tapşırıqlarının detalları xəbərdə.

en ru

Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

bildirib ki, onların törətdiyi bu aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.

"Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi", - Prezident İlham Əliyev deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…