Əsas məzmuna keç

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

İlham Əliyev Bosniya və Herseqovinanın Heyətinin Sədri Jelko Komşiçə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. artan siyasi təmaslarımız və fəal dialoqumuz bir sıra sahələrdə səmərəli qarşılıqlı fəaliyyətimiz ilə müşayiət olunur.

Əminəm ki, xalqlarımızın dostluğundan qaynaqlanan Azərbaycan-Bosniya və Herseqovina münasibətləri bundan sonra da birgə səylərimizlə inkişaf etməyə, əməkdaşlığımız möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…