Əsas məzmuna keç

İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib

İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev İraqın dövlət başçısı Əbdüllətif Camal Rəşidə təbrik ünvanlayıb. İki ölkə arasında əlaqələrin inkişafı barədə nələr deyilib?

en ru

İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İraq dövlətlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…