Polşanın Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamus deyib ki, Polşa artıq Ukraynanı bacardığı bütün silahlarla təmin edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə PAP xəbər agentliyinə müsahibə verib.
"Bu gündən verə biləcəyimiz hər şey Ukraynaya verilib. Polşa hökuməti, bizim və sələflərimizin hökuməti Ukraynaya milyardlarla dollar dəyərində silahlar çatdırdı. Bizim onlara verə biləcəyimiz yalnız bu idi", - nazir əlavə edib.
Yüksək səviyyəli müdafiə rəsmisi bildirib ki, onun üçün Polşa dövlətinin təhlükəsizliyi həmişə əsas məqsəd olub və Polşanın qəbul etdiyi bütün qərarlar Polşa dövlətinin təhlükəsizliyini nəzərə alaraq qəbul edilir.
"Biz bilirik ki, Ukraynanın bir çox silah növlərinə ehtiyacı var, lakin Ukraynadakı tərəfdaşlarımız başa düşməlidirlər ki, Polşa öz imkanlarını saxlamalıdır. Müdafiə naziri kimi mənim üçün bu, prioritetdir", - Kosinyak-Kamus yekunlaşdırıb.