Əsas məzmuna keç

Polşa Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi

Polşa Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi

Varşava və Kiyev arasında hərbi texnika mübadiləsi ilə bağlı razılaşma pozulub.

en ru

Ukraynaya “MiQ-29” qırıcı təyyarələrinin təhvil verilməsi ilə bağlı qərarını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın açıqlama verib. Nazir bildirib ki, rəsmi Varşava Kiyevin pilotsuz uçuş aparatları (PUA) texnologiyalarının tədarükü ilə bağlı öhdəliklərdən imtina etməsi səbəbindən “MiQ-29”ların ötürülməsini dayandırıb.

Məlumata görə, Polşa tərəfi əvvəlcə ilə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində təyyarələrin texnologiyaları ilə dəyişdirilməsini təklif edib. Ukrayna tərəfinin bu təklifi ilkin mərhələdə müsbət qarşıladığı, lakin daha sonra mövqeyini dəyişərək razılaşmadan imtina etdiyi bildirilir.

Nazir Kosinyak-Kamış qeyd edib ki, götürülən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən Polşa Ukraynaya planlaşdırılan hərbi yardımın bu hissəsini dayandırmaq qərarına gəlib.

Bildirilib ki, bu addım Polşa ilə Ukrayna arasında son dövrlərdə müşahidə olunan siyasi gərginlik fonunda baş verir.

Xatırladaq ki, daha əvvəl Avropa Parlamentinin polşalı deputatı Yeva Zayonçkovskaya-Gernik Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı ictimai mövqelərin sərtləşdirilməsi çağırışı etmişdi. Deputat bu mövqeyini Ukrayna Üsyançı Ordusunun (UPA) tarixi ilə bağlı mübahisələr və Polşada daxili siyasi gərginliklə əsaslandırmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…