Operativ Məlumat Mərkəzi

Peskov: Rusiya aydın mövqeyi ilə İranı dəstəkləyib

1 dəq
Paylaş:
Peskov: Rusiya aydın mövqeyi ilə İranı dəstəkləyib
bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov Rusiyanın münaqişədə İranı dəstəkləmək üçün əlindən gələni etmədiyini...

Rusiya İranı Yaxın Şərqdəki münaqişə ilə bağlı tutduğu aydın mövqe ilə dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Rusiyanın münaqişədə İranı dəstəkləmək üçün əlindən gələni etmədiyini deyən bir sıra analitiklərin sualını cavablandırarkən deyib: “Biz dünən dəfələrlə Rusiyanın Yaxın Şərqdəki münaqişə ilə bağlı tutduğu aydın mövqeyi ilə İranı dəstəklədiyinə dair sualları cavablandırdıq.

Əlbəttə, biz İranla münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. Bu müzakirələr, bəli, əlbəttə ki, olub və olacaq, bu qaçılmazdır", - Kreml nümayəndəsi bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər