Əsas məzmuna keç

Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

Astronomik təqvimə görə payızın gəlişi rəsmiləşib. Şimal yarımkürəsində gecə ilə gündüzün bərabərləşdiyi həmin tarixdə hava şəraitində nələr dəyişəcək?

en ru

Azərbaycana sentyabrın 23-ü vaxtı ilə saat 04:05:08-də daxil olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…