Əsas məzmuna keç

Paşinyan: Ordu islahatları İrəvan üçün silah bazarları açıb

Paşinyan: Ordu islahatları İrəvan üçün silah bazarları açıb

“Ermənistanın bazarları ölkənin silahlı qüvvələrində aparılan islahatlar sayəsində sonsuz olub”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol təhlükəsizlik üzrə beynəlxalq konfransda deyib.

O, çıxışında ölkədə aparılan islahatların nəticələrinə diqqət çəkib və ordunun funksiyaları barədə fikirlərini açıqlayıb.

Paşinyan qeyd edib ki, ölkənin yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Silahlı Qüvvələrdə aparılan islahatlardakı əsas məsələ dövlətin orduya hansı vəzifələri qoymasıdır.

O vurğulayıb ki, bugünkü ordusunun respublikanın suveren ərazilərindən kənarda heç bir missiyası və vəzifəsi yoxdur və ordunun missiyasının müstəsna olaraq öz ərazilərini qorumaqdır.

Baş nazirin sözlərinə görə, son 2-3 ildə Silahlı Qüvvələrdə aparılan islahatlar konkret nəticələr verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…