Əsas məzmuna keç

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. Bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki...

en ru

yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb.

"Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm", - 20 ildən sonra Ermənistanı necə təsəvvür etdiyi barədə suala cavabında bildirib.

O həmçinin qeyd edib ki, İrəvan bir tərəfdaşla yaxınlaşmaq naminə digərindən uzaqlaşmağa can atmır.

"Ermənistan əvvəllər olduğu və indi də olduğu yerdədir. Ermənistan burada, öz yerində olacaq. Biz hər hansı bir tərəfdaşdan uzaqlaşmaq və digərləri ilə yaxınlaşmaq istəmirik. Biz sadəcə olaraq öz balanslaşdırılmış və balanslaşdıran xarici siyasətimizi yürüdürük", - vurğulayıb.

Paşinyan daha əvvəl bildirib ki, Ermənistan Aİ-yə üzv olmaq üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət edə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…