Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan: Məhkəmə sistemi xalqdan qopub

2 dəq
Paylaş:
Paşinyan: Məhkəmə sistemi xalqdan qopub

Ermənistandə sisteminin əsas hakimiyyət mənbəyi olan xalqla üzvi əlaqəsi yoxdur və bu məsələ yeni Konstitusiyanın qəbulu ilə həll edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nikol Aİ– Vətəndaş Cəmiyyəti Platformasının 8-ci iclasında bildirib.

O qeyd edib ki, müxtəlif qruplar ədaləti fərqli şəkildə qəbul edirlər və vəkillər, siyasətçilər, biznes nümayəndələri və vətəndaşlar bu anlayışı ayrı cür dərk edirlər. Onun sözlərinə görə, məhkəmə proseslərində adətən iki tərəf olur və əsas məqsəd hər iki tərəfin nəticəni ədalətli kimi qəbul etməsidir.

Paşinyan bildirib: “Bu məsələni araşdırarkən belə bir nəticəyə gəldim ki, əsas problem qurumların və proseslərin üzvi təbiətindədir”.

O əlavə edib ki, hazırkı vəziyyətdə məhkəmə cəmiyyətdən təcrid olunduğu üçün ədalət hissini formalaşdırmaq çətinləşir və sistem daha çox hesabatlılıqdan uzaq qurumlar tərəfindən idarə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax